• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNŞ-dən keyfiyyətsiz yanacaq ilə bağlı iddialara münasibət

ARDNŞ-dən keyfiyyətsiz yanacaq ilə bağlı iddialara münasibət
04.04.2014 14:51
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Enegy” bu ölkənin “Studio Monitori” qeyri-hökumət təşkilatının şirkətin yanacaqdoldurma məntəqələrində standarta uyğun olmayan yanacağın satması ilə bağlı açıqlama verib.“SOCAR Georgia Enegy” şirkətinin baş direktoru Mahir Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, o, “Studio Monitori” adlı bir QHT tanımır. Onun sözlərinə görə, Gürcüstanda yüzlərlə, minlərlə belə şirkət və QHT var: “Mən onların apardıqları tədqiqatla və analizin nəticələri ilə tanış deyiləm. Ola bilər ki, bu sifarişli bir tədqiqat olsun”. M. Məmmədov deyib ki, “SOCAR Georgia Energy” yanacağı Avropa ölkələrindən alır: “Biz benzini xaricdən alırıq. Təkcə dizel Azərbaycandan gətirilir. Şirkətin yanacaqdoldurma məntəqələrində keyfiyyətli yanacaq satılır və olduqca böyük bir seçim var. Alıcı hansı neft məhsulunu istəyirsə, onu da alır”. Baş direktor sonda bir daha vurğulayıb ki, bu tədqiqat sifarişli və şirkətin işgüzar nüfuzuna xələl gətirməyə hesablana bilər. Qeyd edək ki, “Studio Monitori” təşkilatı Gürcüstana kənardan gələn avtomobil yanacağının keyfiyyətinin laboratoriya analizini aparıb. Analizin nəticələri göstərib ki, Gürcüstanda yanacaq standartları çox aşağıdır. Ən çirkli yanacaq isə “SOCAR Georgia Energy”nin dizeli olub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol