• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət yerlərində bina tikintisinə qadağa qoyuldu - Azərbaycanda

İstirahət yerlərində bina tikintisinə qadağa qoyuldu - Azərbaycanda
03.03.2014 14:41

Azərbaycan Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ı təsdiqləyib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, şəhər və digər yaşayış məntəqələrinin əraziləri və ya ərazi hissələri funksional istifadəsinə görə məskunlaşma, istehsalat və landşaft-rekreasiya ərazilərinə bölünür.

Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar), nəqliyyat, mühəndis infrastrukturu, kənd təsərrüfatı, xüsusi təyinatlı, hərbi və digər rejimli, xüsusi şərtlərlə istifadə olunan, xüsusi qorunan, ehtiyat zonalarına bölünür. Yaşayış zonaları tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur.Yaşayış zonası çoxmərtəbəli (9 və daha çox), orta mərtəbəli (5÷8 mərtəbəli), azmərtəbəli (5 mərtəbəyə qədər) və bloklaşdırılmış yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri olan zonalara bölünür.Rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, sututarları, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə edir. Yaşayış məntəqəsinin sərhədləri daxilində yerləşən mühafizə olunan təbiət obyektləri də bu zonaya daxil edilir.Rekreasiya zonalarının ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir.Sənaye zonaları əsasən istehsalatın xüsusiyyətindən, istehsal prosesində ətraf mühitə və atmosferə zərərli tullantıları buraxmasından və digər amillərindən asılı olaraq küləkli günlərin sayı və küləyin üstünlük təşkil etdiyi istiqaməti nəzərə alınmaqla müəyyənləşdirilir.İstehsalat zonalarının yaşayış zonaları ilə qarşılıqlı əlaqələri elə qurulmalıdır ki, əhalinin iş yerlərinə çatma vaxtı şərti minimuma ensin. Bu zonalarda, həmçinin müxtəlif növ kommunal və anbar, mənzil-kommunal təsərrüfatı obyektlərinin, topdansatış ticarət bazalarının, su təchizatı və kanalizasiya qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Əhaliyə nəqliyyat xidməti göstərən şəhərdaxili tramvay və avtobus parkları, ictimai nəqliyyatın digər avtomaşın qarajları bu zonalarda yerləşdirilir.Ərazi zonalarında yolverilən tikintinin miqyası aşağıdakı cədvəl üzrə müəyyən edilir:

Ərazi zonaları

Ərazinin tikinti əmsalı

Ərazinin tikinti sıxlığı əmsalı

Yaşayış zonaları

Çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları, o cümlədən:

yenidən qurulan

orta mərtəbəli çoxmənzilli yaşayış binaları

azmərtəbəli çoxmənzilli yaşayış binaları

mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları

həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri

İctimai-işgüzar zona

çoxfunksiyalı tikinti

ixtisaslaşdırılmış ictimai tikinti

İstehsalat zonası

sənaye

elmi-istehsalat

kommunal-anbar

0.4

0.6

0.4

0.4

0.3

0.2

1.0

0.8

0.8

0.6

0.6

1.2

1.6

0.8

0.6

0.6

0.4

3.0

2.4

2.4

1.0

1.8


Mövcud binaların yenidən qurulması zamanı tikinti sıxlığının sanitariya-gigiyena və yanğın əleyhinə normalara əməl etməklə, 30 faizdən çox olmamaq şərtilə artırılmasına yol verilir.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol