• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku”nağdsız ödənişlər üzrə Azərbaycanın lider bankı oldu! FOTOLAR

“Bank of Baku”nağdsız ödənişlər üzrə Azərbaycanın lider bankı oldu! FOTOLAR
18.02.2014 16:18

“Bank of Baku” Azərbaycan bankları arasında nağdsız hesablaşmaların artırılmasına ən çox töhfə verən bankdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə nominasiyasında, “Bank of Baku” 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala görə, plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun   POS-terminallarında və bankomatlarında aparılıb. 

Eyni zamanda “Bank of Baku” “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 3-cü yerə layiq görülüb.

Beləliklə, “Bank of Baku” hər iki nominasiya üzrə təltif edilərək xüsusi diplomlar alıb.

Xatırladaq ki, ölkədə nağdsız hesablaşmaların həcminin artırılması  məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən son illər ardıcıl tədbirlər görülür. Nağdsız ödənişlərin əhatə dairəsini genişləndirməklə   “Bank of Baku” ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasını hərtərəfli dəstəkləmiş olub. “Bank of Baku” nağdsız hesablaşmaların artırılmasına bundan sonra da xüsusi önəm verməkdə davam edəcək.

Bu gün “Bank of Baku”-ya aid kredit kartları arasında Bolkart xüsusi çəkiyə malikdir. Bolkartdan istifadə edən Azərbaycan vətəndaşlarının sayı artıq 200.000-ni aşıb. Bu rəqəm, Azərbaycanın hissə-hissə ödənişli kredit kartları arasında ən yüksək göstəricidir. Banka məxsus digər populyar kredit kartlarını loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard kredit kartları, Mybrands və İdeal kobrend kredit kart növləri təşkil edir.

“Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol