• $
  • £

TAP boru kəməri vasitəsilə Avropaya 54 milyard kubmetr Azərbaycan qazı nəql edilib

TAP boru kəməri vasitəsilə Avropaya 54 milyard kubmetr Azərbaycan qazı nəql edilib
05.01.2026 11:00

Azərbaycan təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri indiyədək 54 milyard kubmetrdən çox qaz nəql edib. 

Boru kəməri 2020-ci ilin dekabrın 31-də kommersiya əməliyyatlarına başlayıb və ötən 5 il ərzində Avropanın enerji təhlükəsizliyinə dəstək verib.

TAP Xəzərin “Şahdəniz” yatağından çıxarılan qazı Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca İtaliyanın cənubuna çatdırır. Boru kəmərinin uzunluğu 878 km, diametri 48 düymdür və gündəlik maksimum gücü 33 milyon kubmetr, ildə orta hesabla 12 milyard kubmetr qazdır.

Gələcəkdə perspektivli interkonnektorlar vasitəsilə TAP-la ildə əlavə 1,2 milyard kubmetr qazın Avropaya nəqli planlaşdırılır.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
İqtisadiyyat 15:50
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
İqtisadiyyat 15:37
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
İqtisadiyyat 14:56
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
İqtisadiyyat 11:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
İqtisadiyyat 11:22
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
Золото и серебро подешевели на мировых товарных биржах
İqtisadiyyat 10:24
Золото и серебро подешевели на мировых товарных биржах
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:51
Dünya bazarlarında neft ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:45
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycan nefti 95.5 dollara satılır
İqtisadiyyat 09:14
Azərbaycan nefti 95.5 dollara satılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol