• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqanıstan Azərbaycan şirkəti ilə 20 milyon dollarlıq qızıl hasilatı müqaviləsi imzalayıb

Əfqanıstan Azərbaycan şirkəti ilə 20 milyon dollarlıq qızıl hasilatı müqaviləsi imzalayıb
12.05.2026 08:46

Əfqanıstanın Mədən və Neft Nazirliyi Kunduz vilayətində yerləşən Qala-e-Zal qızıl yatağının işlənməsi üçün Azərbaycan və Əfqanıstan şirkətləri ilə 20,24 milyon dollarlıq müqavilə imzalayıb.

Nazirliyin məlumatına görə, beş illik saziş Azərbaycanın Reef Group LLC və Əfqanıstanın Subhan Momand Company şirkətləri arasında bağlanıb. Layihə təxminən 6 kvadrat kilometr ərazini əhatə edir. 

Müqaviləyə əsasən, şirkətlər hasilatdan əldə olunan gəlirin 30%-ni royalti kimi ödəyəcək, həmçinin sosial layihələr və yerli inkişaf proqramları üçün əlavə 200 min dollar ayıracaqlar. 

Nazirlik layihənin birbaşa və dolayı yolla təxminən 100 iş yeri yaradacağını bildirib. İmzalanma mərasimində Azərbaycan və Qırğızıstan səfirləri iştirak edib.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol