Əliyev Putini prezident seçilməyi münasibətilə təbrik edib

12:55 | 18.03.2024
Əliyev Putini prezident seçilməyi münasibətilə təbrik edib

Əliyev Putini prezident seçilməyi münasibətilə təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək onu prezident seçilməsi münasibətilə təbrik edib. 

İlham Əliyev ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb