Əmanətçilərə ŞAD XƏBƏR

13:20 | 21.10.2016
Əmanətçilərə ŞAD XƏBƏR

Əmanətçilərə ŞAD XƏBƏR

"Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. 

Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik”.
 
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov deyib.
 
Palata sədri bildirib ki, məsələ ölkə başçısının xüsusi nəzarətindədir və bu cür əmanətlərin qaytarılması həyata keçiriləcək: 

"Hələ tam rəqəm demək istəmirəm. Ortaq həll tapan kimi, sığortalanmayan və qorunmayan əmanətlərin də geri qaytarılmasını təmin edəcəyik. Yollarını araşdırırıq, bu məsələni cənab prezidentə məruzə də etmişik, xüsusi nəzarətdədir”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM