Ərdoğandan sərt çıxış: "Rusiya ilə münasibətlərin "istiləşməsinə" baxmayaraq..."

11:08 | 21.09.2016
Ərdoğandan sərt çıxış:

Ərdoğandan sərt çıxış: "Rusiya ilə münasibətlərin "istiləşməsinə" baxmayaraq..."

"Rusiya ilə münasibətlərin "istiləşməsinə" baxmayaraq, Türkiyə Krımla bağlı mövqeyini dəyişməyəcək"

ANN.Az xarici mətbuata istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə deyib.

"Türkiyə Ukraynaya ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi məsələsində dəstək verməyi planlaşdırır. Bununla yanaşı, Türkiyə-Rusiya dialoqunun bərpa edilməsinə baxmayaraq, bu, Krımın Rusiyaya birləşdirilməsini tanımayan Ankaranın mövqeyinə təsir etməyəcək", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 71-ci sessiyasında dövlət, hökumət və xarici siyasət idarələri başçılarının iştirakı ilə ümumi siyasi diskussiyalar keçirilir.

Bu il Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 130 dövlət və hökumət başçısı, 50 XİN rəhbəri səfər edib. 

Diskussiyalar çərçivəsində 1000-dək görüşün keçiriləcəyi nəzərdə tutulub.

BMT Baş Assambleyasının 71-ci sessiyasında əsasən qaçqın və miqrantların problemi, eləcə də Suriya böhranı diqqət mərkəzində olacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb