Erməni müəllimləri küçəyə axışdı - FOTOLAR

23:51 | 06.05.2014
Erməni müəllimləri küçəyə axışdı - FOTOLAR

Erməni müəllimləri küçəyə axışdı - FOTOLAR

Onlar maaşlarından məcburi pensiya yığımını dayandırmağı tələb edirİrəvanın müxtəlif məktəblərində çalışan müəllimlər Ermənistanın hökumət binası qarşısında toplaşaraq aksiya kecirib.ANS PRESS-in məlumatına görə, onlar təhsil və elm naziri Armen Aşotyandan maaşlarından məcburi pensiya yığımını dayandırmağı tələb edir.Müəllimlərin məcburi pensiya yığma sisteminə qarşı etiraz aksiyasına "Mən əleyhinəyəm" vətəndaş təşəbbüs qrupunun üzvləri qoşulub. Aksiyanın keçirildiyi əraziyə böyük sayda polis toplaşıb.Etiraz edən müəllimlərdən biri Ofeliya Artünyan müxbirlə söhbətdə bunları bildirib: "Bu, biabırçılıqdır. Mən 32 min dram maaş alıram. Bundan 2000 dram məcburi pensiya üçün çıxırlar. Bizim maaşımızı nəzərə aldıqda bu, böyük məbləğdir".Onun sözlərinə görə, əgər bu qərar ləğv edilməsə, müəllimlər tətil keçirəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb