Ermənistanın baş məşqçisi istefa verdi

15:13 | 06.04.2018
Ermənistanın baş məşqçisi istefa verdi

Ermənistanın baş məşqçisi istefa verdi

Ermənistan milli komandasının baş məşqçisi Artur Petrosyan vəzifəsindən istefa verib.
 
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Artur Petrosyan Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla görüşü zamanı bu qərarı verib. 

Onlar milli komandanın oyunu ilə bağlı müzakirə aparıblar. Müzakirə zamanı vurğulanıb ki, Millətlər Liqasına az vaxtın qalıb və millidə dəyişiklik edilməsi zərurəti yaranıb. Bundan sonra Petrosyan istefa verib və Ruben Hayrapetyan bunu qəbul edib.

Yeni baş məşqçinin adı isə yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, mart ayında Ermənistan komandası Estoniya (0: 0) və Litva (0: 1) komandaları ilə yoldaşlıq oyunu keçirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb