Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - Açıqlama

12:13 | 19.03.2024
Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - Açıqlama

Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - Açıqlama

Ötən gün Şirvan sakini Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən "Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş prokurorluqdan bildirilib.

 
Bahar Qasımovanın oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir.

O bildirirb ki, anası sistem köçürülməsi üçün "Stimul Hospital”a gedib.
 
"Getməmişdən onunla danışmışdım, vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. "Stimul Hospital”da tibb bacısı Mələk Abbasova yoxlamadan ona sistem köçürüb. Anam deyib ki, "qızım, qızdırmam var, bəlkə, dərman verəsiz qızdırmam düşsün, sonra sistemi qəbul edim”. Tibb bacısı isə ona narahat olmamasını, keçib gedəcəyini bildirib. İynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər, həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq”,- jurnalist facebook hesabında yazıb.

Hadisə baş verən vaxt klinikada olan yaxınları qadının aparata qoşulmadığını iddia edirlər.
 
"O zaman sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik anamı görmək istəyəndə, onları hətta xəstəxanadan çölə çıxarıblar. Həkim atama deyib ki, xanımınız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında "mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur" dedi. Halbuki, mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İlham Hüseyn hospitalda olub...”,- Fərahim Qasımov qeyd edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb