Fikrət Qoca: “Çingiz Hüseynova yaxşı yol”

11:25 | 19.06.2014
Fikrət Qoca: “Çingiz Hüseynova yaxşı yol”

Fikrət Qoca: “Çingiz Hüseynova yaxşı yol”

“Çingiz Hüseynovun gedişi ilə Yazıçılar Birliyi heç nə itirmir” 
Bunu AzNews.az-a açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qoca deyib. 
F. Qoca bildirib ki, AYB-də heç kimi zorla saxlamırlar: “Azərbaycan Yazıçılar Birliyinin qapısı var. O, bu qapını tanıyır. Gələ də bilər, gedə də, biz nə deyə bilərik? Bu cəmiyyətdə üzvlük könüllüdür. Çingiz müəllimə görə, bu qədər insan selinin üstündən xətt çəkə bilmərik”. 
Qeyd edək ki, Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxdığını elan edib. O, qərarını “Azadlıq” radiosunun “Oxu zalı”na göndərdiyi istefa ərizəsində deyib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM