Gürcüstanda 5 professor aclıq aksiyası keçirir

22:10 | 18.04.2016
Gürcüstanda 5 professor aclıq aksiyası keçirir

Gürcüstanda 5 professor aclıq aksiyası keçirir

Piran Kobiaşvili: Tələbələrin ödədiyi təhsil haqqı tədrisin keyfiyyətinə uyğun deyil

Gürcüstan Texniki Universitetinin professoru Zaal Mikadze də ali təhsil müəssisəsinin rektoru Arçil Praqişvilinin istefası tələbi ilə aclıq aksiyasına başlayıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Zaal Mikadze universitetin rəhbərliyinin və Akademik Şuranın üzvlərinin də istefasını tələb edir.
Unversitetin professorlarından biri Piran Kobiaşvili bildirib ki, mövcud reqlamentə əsasən, rektor üçüncü müddətə seçilə bilməz: "Universitetdə təhsilin səviyyəsi çox düşüb, tələbələrin ödədiyi təhsil haqqı tədrisin keyfiyyətinə uyğun deyil".

Məlumata görə, hazırda universitetin 5 professoru həmin tələblərlə aclıq edir.

Bu gün ali təhsil müəssisəsinin tələbələri də rektorun istefası tələbi ilə mitinq keçirəcək

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb