İnsanlar fövqəladə vəziyyətdə robotlara daha çox inanırlar

23:30 | 02.03.2016
İnsanlar fövqəladə vəziyyətdə robotlara daha çox inanırlar

İnsanlar fövqəladə vəziyyətdə robotlara daha çox inanırlar

Amerikalı alimlər sınaq zamanı aydınlaşdırıblar ki, insanlar fövqəladə vəziyyətdə sağlam düşüncə və yazılı təlimatlarla müqayisədə robotlara daha çox inanırlar.

"ICTnews” Elektron Xəbər Xidməti "lenta.ru” saytına istinadən yazır ki, Corciya Texnologiya İnstitutunda çalışan tədqiqatçılar 30 könüllünü kiçik otağa salaraq onlardan tapşırığı yerinə yetirməyi xahiş ediblər. Qəfildən yanğın siqnalizasiyası səsi eşidilib və tüstü yayılmağa başlayıb. Tələbələr seçim qarşısında qalıblar: daxil olduqları qapıdan çıxmaq, yoxsa robotun göstərdiyi qaranlıq və kiçik arxa qapıya tərəf getmək? Könüllülərin əksəriyyəti (26 nəfər) robotun komandasına tabe olaraq arxa qapıya tərəf gediblər. İki nəfər sınaqda iştirak etməkdən imtina edib və digər ikisi isə tərpənməyib. Təkər üzərində hərəkət edən və zibil çənini xatırladan "Pioneer P3-AT” robotuna insanları haqlı olduğuna inandırmağa heç cəhd də etmək lazım olmayıb. Robotun üzərində "fövqəladə vəziyyətlər üçün" yazısı olan xüsusi plakat asılıb.

Alimlərin fikrincə, könüllülərin belə davranışı naviqator üzrə hərəkət edən sürücülərdə olduğu kimidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb