İran İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarətini 44% artırıb

17:58 | 20.12.2021
İran İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarətini 44% artırıb

İran İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarətini 44% artırıb

İranda yeni ilin başladığı martın 21-dən noyabrın 21-nə qədərki 8 ay ərzində qonşu ölkə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə 10,447 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.


Bu barədə İran Gömrük İdarəsi (IRICA) məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.

Ticarət əməliyyatları 21,778 milyon ton əmtəəni əhatə edib. Bunun 18,631 milyon tonu və ya 6,823 milyard dollarlıq hissəsi İranın ECO ölkələrinə ixracının, 3,147 milyon tonu və ya 3,624 milyard dollarlıq hissəsi isə İranın ECO ölkələrindən idxalının payına düşüb. O cümlədən Türkiyəyə 3,767 milyard dollar, Əfqanıstana 1,27 milyard dollar, Pakistana 764 milyon dollar, Azərbaycana isə 3369 milyon dollar dəyərində mal ixrac olunub. İran mal idxal etdiyi əsas ECO ölkələri isə Türkiyə, Pakistan, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Tacikistan və Qırğızıstan olub.


ECO 1985-ci ildə Tehranda İran, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə qurulub. Sonradan təşkilata Azərbaycan, Əfqanıstan və 5 Orta Asiya ölkəsi qoşulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb