İŞİD-in partlatdığı məscid bu haldadır - FOTO

20:40 | 23.06.2017
İŞİD-in partlatdığı məscid bu haldadır - FOTO

İŞİD-in partlatdığı məscid bu haldadır - FOTO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqın Mosul şəhərində partlatdığı Əl Nuri məscidinin fotoları və videogörüntüləri yayılıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, 2014-cü ildə İŞİD Mosulu ələ keçirəndən sonra bu məsciddə terror təşkilatının rəhbəri Əbubəkir əl Bağdadi "İslam Dövləti"nin yarandığını bəyan etmişdi.

Mosulun terrorçulardan azad edilməsi ilə bağlı əməliyyat başlayandan bəri şəhər məhəllələri ilə irəliləyən İraq hərbçiləri və koalisiya qüvvələri artıq məscidin 50 metrliyindədir.

Məscidin İraq hərbçilərinin nəzarətinə keçməsi İŞİD-in İraqdakı məğlubiyyətinin simvolu olacaq.

İraq ordusunun xüsusi təyiantlı qüvvələrinin general-leytenantı Əbdul Vəhhad əl Səadi deyib: "Onlar bilirdilər ki, Mosulu artıq əldən verirlər və məscidə də girəcəyik. Məscidə daxil olmağımıza bir neçə saat qalmış oranı partlatdılar".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb