Jirinovski Trampın impiçmenti şərəfinə şampan içəcək

18:00 | 12.04.2017
Jirinovski Trampın impiçmenti şərəfinə şampan içəcək

Jirinovski Trampın impiçmenti şərəfinə şampan içəcək

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Suriyada terrorizm ilə mübarizədə xarici siyasət ritorikasından uzaqlaşdığı üçün ABŞ prezidenti Donald Trampın qarşılaşdığı impiçmenti şərəfinə şampan içəcəyini vəd edib. 

ANN.Az bu barədə TASS-a istinadən xəbər verir. 

"Amerikalıların yarısı fərqli xarici siyasətə səs vermişdilər. Tramp öz vədlərini pozur. Bu cür davam edərsə, o impiçmentdən yan keçə bilməyəcək. O zaman biz impiçment şərəfinə şampan içəcəyik”, - o, jurnalistlərə Rusiya-Amerika münasibətlərində yaranan vəziyyəti şərh edərkən bildirib. 

2016-cı ilin noyabr ayında RLDP fraksiyası Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi xəbərindən sonra banket təşkil edərək bunu şampan içərək qeyd etmişdilər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb