Kadırovdan təklif: Putin əbədi prezident olsun

22:20 | 13.04.2018
Kadırovdan təklif: Putin əbədi prezident olsun

Kadırovdan təklif: Putin əbədi prezident olsun

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.

Trend-in məlumatına görə, Çeçenistan lideri bu fikirləri Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinlə bağlı səsləndirib.

R.Kadırovun sözlərinə görə, əgər bu, xalqın maraqlarına xidmət edirsə, bunu etmək olar: "Əgər bu, xalqın maraqlarına xidmət edirsə, nədən qanuna dəyişikliklər edə bilmərik?"

Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin yenidən Rusiyanın prezidenti seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb