Kreml Ərdoğanı “vurmağa” davam edir: “Kürəkəni nazirdir”

18:00 | 28.11.2015
Kreml Ərdoğanı “vurmağa” davam edir: “Kürəkəni nazirdir”

Kreml Ərdoğanı “vurmağa” davam edir: “Kürəkəni nazirdir”

"Türk biznes assosiasiyaları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərəkətlərinə izah tapa bilmirlər və həyəcan təbili çalırlar”.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Onun sözlərinə görə, hökumət hazırkı vəziyyətdə türklərin Rusiyada fəaliyyət göstərən müxtəlif ictimai təşkilatlarından, assosiasiyasından daha çox siqnallar alır. "Onlar burada həyəcan təbili çalırlar. Ərdoğanın niyə belə etməsinə cavab tapa bilmirlər”,-deyə o əlavə edib.
Kreml rəsmisi Ərdoğanın oğlu Bilal Ərdoğanın neft biznesində marağı olduğuna da eyham vurub:

"Türkiyə prezidentinin oğlunun  neft biznesində "müəyyən maraqları” var.

Həmçinin prezidentin kürəkəni (Berat Albayrak) energetika naziri oldu. Mən bizim prezidentin bəyanatlarına əsaslanıram. Həqiqətən də məndə müəyyən informasiyalar var ki, burada müəyyən maraqlar var. Amma nə qədər”.

Qeyd edək ki, Türkiyə sərhədlərinə daxil olan Su-24 təyyarəsinin vurulmasından sonra Ankara ilə Moskva arasında siyasi gərginlik yaranıb. Bu, hətta prezidentlər səviyyəsində qarşılıqlı ittihamların səslənməsinə gətirib çıxarıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM