• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağ ölüm” Astarada mövsümə yekun vuracaq - FOTOLAR

“Ağ ölüm” Astarada mövsümə yekun vuracaq - FOTOLAR
01.07.2016 18:45
Xəbər verdiyimiz kimi Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti artıq bir neçə gündür ki, Respublikamızın bölgələrinə qastrol səfərindədir.  

V.Siqarevin "Şeytan ailəsi” əsəri əsasında hazırlanmış "Ağ ölüm” tamaşası ötən gün Yardımlı və Lənkəran rayonlarında uğurla nümayiş etdirilib. Rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanan tamaşa hazırda Lerik rayonunda nümayiş etdirilir. Axşam saat 18.00-da isə tamaşa Astara rayonunda nümayiş etdiriləcək. Həmin tamaşa ilə də Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 88-ci teatr mövsümünə yekun vuracaq. 

Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas obrazları  Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev ifa edəcəklər. 

Məlumat üçün bildirək ki, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» və 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı», eləcə də 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çərçivəsində baş tutur. 
 
 










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol