"LinkedIn"in xalis mənfəəti 9 milyon dollar olub - İLK DƏFƏ

18:52 | 28.10.2016

"LinkedIn"in xalis mənfəəti 9 milyon dollar olub - İLK DƏFƏ

"LinkedIn” şirkətinin xalis mənfəəti bu ilin üçüncü rübündə 9,13 milyon dollar təşkil edib. 

İKT.lent.az-ın RNS agentliyinə istinadən məlumatına görə, 2015-ci ilin analoji dövründə "LinkedIn” 47 milyon dollar həcmində itki ilə üzləşib.
 
2016-cı ildə üçüncü rüb ilk dövr olub ki, şirkət gəlir əldə edib. "LinkedIn”in gəlirləri qeyd edilən müddətdə 960 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz çoxdur. 

Bu ilin üçüncü rübündə sosial şəbəkənin istifadəçilərinin sayı 18 faiz artaraq 467 milyon nəfərə çatıb. Unikal ziyarətçilərin sayı 6 faiz artaraq aylıq 106 milyon nəfər təşkil edib. 

Bundan əvvəl rəqabət məsələləri üzrə Avropa komissarı Marqret Vestaqer bildirib ki, hökumət "LinkedIn” sosial şəbəkəsinin əldə olunması ilə bağlı "Microsoft” korporasiyası ilə bağlanacaq müqaviləni araşdırmağa başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb