Manat ucuzlaşdı

10:00 | 22.06.2016
Manat ucuzlaşdı

Manat ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5270 manat təşkil edib.

Avro isə manata qarşı zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 0,4% ucuzlaşaraq 1,7201 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,4% möhkəmlənərək 0,0239 manat olub.

Türkiyə lirəsi manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% zəifləyərək 0,5244 manata enib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2422 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,4%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,3% ucuzlaşaraq 0,6925 manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb