“Mark Tven jurnalist kimi” kitabı nəşr edilib

13:08 | 14.06.2014
“Mark Tven jurnalist kimi” kitabı nəşr edilib

“Mark Tven jurnalist kimi” kitabı nəşr edilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Mark Tven jurnalist kimi” kitabı nəşr edilib.
BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, görkəmli ABŞ yazıçısı və jurnalisti Mark Tvenin jurnalistlik fəaliyyətindən bəhs edilən bu kitabda, ədibin ana dilimizə tərcümə olunmuş jurnalistikaya dair bir neçə əsəri də yer alıb.
Nəşr universitetlərin jurnalistika və filologiya fakültələrinin tələbələri, dissertant və doktorantlar, müəllimlər, həmçinin dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Əliyevdir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb