May bayramlarında rusiyalılar Bakını seçdilər

17:42 | 10.05.2016
May bayramlarında rusiyalılar Bakını seçdilər

May bayramlarında rusiyalılar Bakını seçdilər

Bakı rusiyalılar arasında may bayramlarında səfər etdikləri populyar şəhərlərin beşliyinə düşüb. Azərbaycanın paytaxtından başqa, siyahıya Minsk, Praqa, Riqa, Vilnüs da daxil olub.

Oxu.Az xəbər verir ki, Rusiyanın Travel.ru turizm servisi 2016-cı ilin may bayramlarında turistlərin səfərlərinin nəticələrinə yekun vurub.  

Reytinq, turizm şirkətləri cəlb edilmədən, müstəqil səyahət edən turistlər tərəfindən 2016-cı ilin mayın 1-dən 10-na qədər otel və apartamentlərdə edilən bronlar üzrə tərtib edilib.

Mütəxəssislərin hesablamalarına görə, 9 May - Qələbə günü xarici şəhərlər arasında rusiyalı turistlər daha çox Bakı, Minsk və Praqanı seçiblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb