Məhkəmə Navalnının anasının iddiasını rədd edib

16:35 | 21.03.2024
Məhkəmə Navalnının anasının iddiasını rədd edib

Məhkəmə Navalnının anasının iddiasını rədd edib

Rusiyanın Labıtnangi şəhər məhkəməsi Aleksey Navalnıya lazımi tibbi yardım göstərilmədiyinə görə koloniyaya və Federal Penitensiar Xidmətin rəhbərliyinə qarşı inzibati iddia üzrə icraatı dayandırıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov məlumat yayıb.

İddia ilə mərhum siyasətçinin anası Lyudmila Navalnaya çıxış edib. Jdanov qeyd edib ki, məhkəmə işdə yalnız Navalnının özünün iddiaçı ola biləcəyi qərarına gəlib:

"Aleksey tibbi yardım göstərilmədiyinə görə dəfələrlə koloniyalara qarşı iddia qaldırıb. İddialar rədd edildi. İndi o, öldürülüb, ailəsinin iddiası istehzalı ifadələrlə rədd edilir”, - Jdanov yazıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb