Məktəbli formalarının qiyməti açıqlandı - Satış başlanılıb

11:23 | 20.08.2014
Məktəbli formalarının qiyməti açıqlandı - Satış başlanılıb

Məktəbli formalarının qiyməti açıqlandı - Satış başlanılıb

Builki tədris mövsümündə məktəbli formalarının qiyməti dəyişməyəcək.

Bunu virtualaz.org-a “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildiriblər.

Qurumdan dedilər ki, məktəbli formalarının qiyməti 40 və 52 manat məbləğində müəyyənləşdirilib. Belə ki, ibtidai sinif şagirdləri üçün məktəbli dəstləri 40, yuxarı siniflər üçün isə 52 manatadır. Qiymətlərə köynəklər də daxildir.

Tikiş fabrikindən onu da qeyd etdilər ki, artıq fabrikin istehsal etdiyi formaların satışına başlanılıb.

Xatırladaq ki, əvvəlki illərdə məktəbli formalarının qiyməti ölçülərə görə dəyişirdi. Geyimlərin rəngi və modeli isə dəyişməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb