Məşhur aktrisa peyğəmbərə görə üzr istədi

18:31 | 06.04.2014
Məşhur aktrisa peyğəmbərə görə üzr istədi

Məşhur aktrisa peyğəmbərə görə üzr istədi

Sosial şəbəkədə aktivliyi ilə seçilən “Mühteşem yüzyılın” keçmiş Hürrəmi Məryəm Uzerli sosial şəbəkədə tənqid hədəfinə çevrildikdən sonra üzr istəyib. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər zaman “İnstagram” və “Twitter”də yazdığı  mesajlarla izləyicilərinin sevgisini qazanan aktrisa bu dəfə yazdığı sevgi mesajı ilə tənqid obyektinə çevrilib. 

“Məhəmməd müsəlman deyildi, Buda Buddist deyildi. Onlar sevgini öyrədən müəllimlərdi. Onların dini sevgiydi” statusu təqibçilərini qəzəbləndirib. 

Aktrisaya əsəbiləşən izləyicilər “Boş-boş danışma”, Sevgi sözü yazacam deyə həddini aşdın” kimi şərhlər yazaraq Uzerlini tənqid ediblər. Tənqidlərə davam gətirməyəm Uzərli çıxış yolunu üzr istməkdə görüb.

“Əgər sizi incitdimsə, üzr istəyirəm. Mən paylaşdığım mesajla sevgi göndərmək istədim, bundan hadisə yaratmaq lazım deyil. İnsanların çoxu məni səhv başa düşdü. Bunu istəməzdim. Allaha çox inanıram və hörmət etməyi sevirəm. Hər kəsə qarşı hörmətim sonsuzdur, sevgilərlə...”.

www.oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb