Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət Milli Şuranın oktyabrın 19-da metronun "28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Eyni zamanda jurnalistlər monitorinq qrupu üzvlərinin 050-206-96-02 və 055-288-95-53 mobil telefon nömrələrinə də zəng edərək vəziyyəti bildirmək imkanı əldə ediblər: "Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağllı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.
Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu gələcəkdə də məsələni ciddi nəzarətdə saxlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !