MTRŞ-dən erotik səhnələri olan seriallara qadağa - AÇIQLAMA

15:39 | 07.04.2014
MTRŞ-dən erotik səhnələri olan seriallara qadağa - AÇIQLAMA

MTRŞ-dən erotik səhnələri olan seriallara qadağa - AÇIQLAMA

“Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar”.

Xəbər verdiyimiz kimi “Qız yükü” serialında yer alan erotik səhnə böyük qalmaqala səbəb olub.

ANN.Az AzNews.az-a istinadla xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli sözügedən mövzuya münasibət bildirib.

O qeyd edib ki, Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır:

“Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar. 

Əlbəttə, istəməzdim ki, seriallarda erotik səhnələr ifrat dərəcəyə çatsın. Ancaq açıq-saçıq səhnələrlə bağlı Şura qaydalar müəyyənləşdirib. Qaydalara əsasən, sujet xətti erotik səhnələr üzərində qurulan filmlər və digər proqramların yayımına saat 23:00-dan sonra icazə veriləcək”. 

“Qız yükü” serialının rejissoru İntiqam Hacılının  sözlərinə görə isə, erotika insan həyatının bir hissəsidir:

“16 seriyadır ki, bu serial yayımlanır. Bu günə kimi serialda baş verənlərlə heç kəs maraqlanmayıb. Həmin səhnədə yer alan aktrisa 3-cü və 4-cü seriyada da vardı. Niyə o seriyada deyil, məhz bu səhnədən sonra yada düşdü? Mən mədəniyyət adamıyam. Orada yazılan şərhlər vecimə də deyil. Kim nə istəyir yazsın. Qoy qalmaqal da qopsun, hələ başqa şey də. Anlaya bilmirəm, həyatda o cür işlərlə məşğul deyillər? Erotika insanın bir hissəsidir, hamımız ondan yaranmışıq. Burada qeyri-adi heç nə yoxdur”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb