Nazir: Cəbhədəki vəziyyət turizmin inkişafına təsir göstərməyib

23:12 | 07.04.2016
Nazir: Cəbhədəki vəziyyət turizmin inkişafına təsir göstərməyib

Nazir: Cəbhədəki vəziyyət turizmin inkişafına təsir göstərməyib

Cəbhədə yaşanan gərginliklə bağlı Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik olmayıb.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Turizm və Səyahətlər” sərgisində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir hesab edir ki, cəbhədə Ermənistanın bu gərginliyi yaratmaq niyyətləri məhz Azərbaycanın normal iqtisadi fəaliyyətini pozmaqdan ibarətdir.

"Azərbaycan turizmi bu bədnam qonşuların addımlarına öz davamlı və qətiyyətli cavabını verir”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin bildirib ki, Azərbaycan turistlər üçün həm təhlükəsiz, həm qonaqpərvər, həm də iqtisadi rəqabətədavamlı bir ölkədir.

"Heç bir addım Azərbaycanın turizm inkişafının qarşısını ala bilməz”, - deyə Ə.Qarayev qeyd edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb