Niderlandda koronavirusa yoluxanların sayı 30 000-i ötdü

21:00 | 17.04.2020
Niderlandda koronavirusa yoluxanların sayı 30 000-i ötdü

Niderlandda koronavirusa yoluxanların sayı 30 000-i ötdü

Niderlandda koronavirusa yoluxma hallarının sayı 30 449-a çatıb.
"Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.

Məlumata görə, krallıqda ötən sutkada 1 235 nəfərə koronavirus diaqnozu qoyulub.

Eyni dövr ərzində 144 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, Niderlandda koronavirusdan ölənlərin rəsmi sayı 1 235 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 200 000-i ötüb. Bunların 558 168 nəfəri sağalıb, 147 787 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM