Nizami Kino Mərkəzində yeni film nümayişi

21:12 | 03.04.2014
Nizami Kino Mərkəzində yeni film nümayişi

Nizami Kino Mərkəzində yeni film nümayişi

 Aprelin 3-dən etibarən Nizami Kino Mərkəzində “Sadəcə sən” filminin nümayişinə başlanılacaqdır.Mərkəzdən AzərTAc-a bildirmişlər ki, Türkiyə istehsalı olan bu film rejissor Hakan Yonat tərəfindən dram və romantik janrlarda çəkilmişdir.Yeni ekran əsəri gözdən əlil Həzəlin və keçmiş boksçu Əlinin sevgi hekayəsinə həsr olunmuşdur. Qaranlığa məhkum olmuş, amma həyat eşqi ilə dolu olan gənc qız üçün Əlinin sevgisi bir ümiddir. Lakin Əlinin keçmiş həyatındakı qaranlıq məqamlar onların bilmədikləri bir gerçəyin ortaya çıxmasına səbəb olur.Baş rollarda İbrahim Çelikkol və Belçim Bilgin çəkilmişlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb