Nyu Yorkda Tramp və Klinton qalib oldular

11:10 | 20.04.2016
Nyu Yorkda Tramp və Klinton qalib oldular

Nyu Yorkda Tramp və Klinton qalib oldular

İstər Trump, istərsə də Clinton üçün Nyu York "doğma divarlar” hesab olunur və onların bu şəhərdə qalib gələcəyi gözlənilirdi.

ABŞ prezidentiyinə namizədlərin Nyu York şəhərində keçirilən praymeri seçkilərində respublikaçı Donald Trump-ın qalib gəldiyi xəbər verilib.

Demokratların praymeri seçkisində qalib Hillary Clinton olub.

Səslərin sayılması davam edir, lakin Donald Trump-ın öz rəqibləri Ted Cruz və John Kasich-dən irəlidə olduğu artıq bəllidir.

Xəbər verilir ki, bu uğur respublikaçı Trump-a və demokrat namizəd Hillary Clinton-a prezidentliyə namizəd olmaq üçün lazım olan seçki nümayəndəsi sayına xeyli yaxınlaşmaq imkanı verib.

İstər Trump, istərsə də Clinton üçün Nyu York "doğma divarlar” hesab olunur və onların bu şəhərdə qalib gələcəyi gözlənilirdi.

İlkin nəticələr elan edildikdən dərhal sonra çıxış edən Donald Trump öz rəqibi "Ted Cruz-un riyazi baxımdan ləğv olunduğunu” deyib, lakin təhlilçilər bu hökmün bir qədər erkən səsləndirildiyini bildirirlər.

Onların fikrincə, Trump-ın Nyu York qələbəsinin miqyası onun bu praymeridə qazandığı seçki nümayəndələrinin sayı ilə müəyyən olacaq.

Donald Trump öz namizdəliyinin respublikaçıların iyul ayına nəzərdə tutulmuş konventində müzakirəsindən yan keçmək üçün Nyu Yorkdakı 95 seçki nümayəndəsinin əksəriyyətini qazanmalıdır.

Seçki nümayəndələrinin hamısını qazanmaq üçün Trump Nyu-Yorkun bütün 27 seçki dairəsininin hər birində qalib gəlməlidir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb