Obama: "Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək"

16:16 | 29.08.2014
Obama: "Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək"

Obama: "Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək"

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib.
ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiya Ukraynada böhranın eskalasiyasına görə cavabdehdir. Prezident brifinq zamanı qeyd edib ki, ABŞ hərbi əməliyyatlar planlaşdırmır və “Rusiya ilə hərbi konfrontasiya nəzərdə tutulmur”.
 
Onun sözlərinə görə, Ukraynanın şərqindəki döyüşçülər üsyan edən yerli sakinlər deyil, “Rusiya tərəfindən dəstəklənən, öyrədilən, silahlandırılan və maliyyələşdirilən separatçılardır”.
Obama qeyd edib ki, Ukrayna NATO üzvü deyil. Bu səbəbdən də alyans ölkələri Ukrayna hadisələri ilə əlaqədar Rusiya  ilə hərbi konfliktə girməyəcəklər.
Gələn həftə Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qərar qəbul edəcəklər.
Obama xatırladıb ki, gələn həftənin əvvəli Avropaya Uelsdə keçiriləcək növbəti NATO sammitinə yola düşür. O, səfər zamanı xarici həmkarları ilə Rusiyaya qarşı yeni cəza tədbirini müzakirə edəcəyini bildirib (TURAN). 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb