Orxan Pamukun muzeyi Avropada ilin muzeyi seçildi

16:28 | 20.05.2014
Orxan Pamukun muzeyi Avropada ilin muzeyi seçildi

Orxan Pamukun muzeyi Avropada ilin muzeyi seçildi

Nobelçi türk yazar Orxan Pamukun İstanbulda yerləşən "Məsumiyyət muzeyi" Avropada 2014-cü ilin muzeyi seçilib. 

ANN.Az-ın "Qazeta.ru"ya istinadən xəbərinə görə, bu barədə qərar Avropa Muzeyləri Forumunun Tallində keçirilən görüşündə qəbul edilib. Avropanın ən yaxşı muzeyi nominasiyasına 30 muzey namizəd olub. 

"Məsumiyyət muzeyi" 2012-ci ildə açılıb. Muzey Orxan Pamukun 2008-ci ildə yazdığı "Məsumiyyət muzeyi" romanı əsasında qurulub, romanda sevgi macəraları belə bir muzeyin açılmasına gətirib çıxarır.   

"Məsumiyyət muzeyi"nin ekspozisiyasını yazıçının 1970-80-cı illərdə topladığı şəxsi əşyalar təşkil edir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb