Pan Gi Mun: "2050-ci ilədək miqrantların sayı 250 milyona çatacaq"

23:30 | 24.05.2016
Pan Gi Mun:

Pan Gi Mun: "2050-ci ilədək miqrantların sayı 250 milyona çatacaq"

"2050-ci ilədək dünyada miqrantların sayı 250 milyona çata bilər".
 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu BMT baş katibi Pan Gi Mun İstanbulda keçirilən I Dünya Humanitar Sammitindəki "Şəhər valilərinin iclaslarının mövzusu: Şəhərlərin miqrasiyaya cavabı" mövzusunun müzakirəsi zamanı bildirib.

"Bu qaçılmazdır. Ona görə də artıq resurs və imkanları birlikdə hazırlamq lazımdır", - deyə baş katib vurğulayıb.

Onun sözlərinə görə, dövlətlərin və ayrı-ayrı şəhərlərin inkişaf strategiyası tərtib ediləndə qaçqın amili nəzərə alınmalıdır: "Bununla da miqrantlar üçün lazım olan şərait yaradıla bilər. Öz növbəsində qaçqınlar da şəhərlərin inkişafına öz töhfələrini verirlər".

Pan Gi Mun Türkiyənin milyonlarla qaçqına sığınacaq verdiyinə diqqət çəkərək, ölkədə onlar üçün bütün şəraitin, o cümlədən təhsil, yaşayış yeri və tibbi xidmətin yaradıldığını vurğulayıb.

BMT-nin baş katibi qaçqınlara yardım etdiyinə görə Türkiyəyə təşəkkür edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb