Plutondan yeni görüntülər yayıldı - FOTOLAR

15:27 | 18.09.2015
Plutondan yeni  görüntülər yayıldı - FOTOLAR

Plutondan yeni görüntülər yayıldı - FOTOLAR

NASA-nın kosmosa yolladığı araşdırma gəmisinin Plutondan çəkdiyi yeni görüntüləri yayımlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, NASA-nın "New Horizons" ("Yeni Üfüqlər") adlı tədqiqat gəmisinin iyul ayından çəkdiyi fotolar ictimaiyyətə nümayiş etdirilib. 

Mütəxəssislər çəkilən fotoların yüksək effektivliyini qiymətlənidib və "sanki planeti yaxından, canlı olaraq görürük" deyə dəyərləndiriblər.

İlkin detallara görə, fotolar 1255 kilometrlik günəş şüalarının arxasında qalan bir sahəni əhatə edir. Fotolarda Plutonun 3 min 500 metr yüksəkliyə qədər uzanan buz dağları və donmuş azot axıntıları ilə müşayət olunan dumanlı hava diqqət çəkir. Elm insanları bu mənzərəni "Yer kürəsinin qütb hissələrinə bənzədiyini" qeyd ediblər.
 
ABŞ-ın Cons Hopkins Universiteti tərəfindən istiqamətləndirilən "New Horizons" kosmik gəmisi 77 milyon kilometr uzaqlıqda olan Planet ətrafındalı "tədqiqatlarını" davam etdirir.
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb