Polis deputatlığa namizədləri saxlayıb

14:24 | 11.02.2020
Polis deputatlığa namizədləri saxlayıb

Polis deputatlığa namizədləri saxlayıb

Fevralın 11-də 33 saylı Xətai Birinci Seçki Dairəsindən bir qrup deputatlığa namizəd dairə seçki komissiyası qarşısında toplaşaraq, seçkilərin saxtalaşdırılmasına etiraz edib.

Deputatlığa namizədlər Zəlimxan Məmmədli, Ruslan İzzətli, Azad Məmmədli və Nüşabə Sadıqlı öz müraciətlərini jurnalistlərə oxuyublar.
 
Amma polis əməkdaşları onlara mane olaraq, namizədləri "ictimai asayişi pozmamağa" çağırıb və dağılmağı tələb edib.

Buna cavab olaraq İzzətli namizədlərin toxunulmazlıqları olduğunu bildirərək, bəyanatı oxumağa davam edib.

Polis onu və Əhəd Məmmədlini saxlayıb, digər namizədləri isə binadan uzaqlaşdırıb.

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb