• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-ın deputatlığa namizədlərinin siyahısının açıqlanacağı vaxt məlum oldu

YAP-ın deputatlığa namizədlərinin siyahısının açıqlanacağı vaxt məlum oldu
13.08.2015 11:43
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının açıqlanacağı tarix məlum olub. 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a açıqlamasında bildirib ki, namizədlərin siyahısı ilə bağlı bütün işlər son mərhələdədir və yekunlaşmaq üzrədir. 
Siyahının nə zaman açıqlanacağına gəlincə, S.Novruzov deyib ki, Prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayacaq və həmin sərəncam dərc olunub qüvvəyə minəndən sonra YAP namizədlərin siyahısını açıqlayacaq: "Yekun siyahı YAP İdarə Heyətində müzakirə olunacaq və qərar veriləcək. Çünki siyahının son variantını partiyanın rəhbər orqanı olan İdarə Heyəti təsdiq etməlidir. Bununla da kimin hansı dairədən namizəd irəli sürüləcəyi məlum olacaq və namizədlərimiz ictimaiyyətə təqdim olunacaq". 

YAP rəsmisi əlavə edib ki, 2010-cu ildə parlamentə keçirilən seçkidə 71 nəfər YAP-ın üzvü Milli Məclisə deputat seçilib. Sonrakı dövrdə YAP-ı təmsil edən iki deputat icra strukturıarında vəzifəyə təyin olunub, bir nəfər beynəlxalq qurumda rəhbər vəzifəyə seçilib, bir deputat dünyasını dəyişib, bir nəfər isə mandatından imtina edib: "Hazırda partiyamızın Milli Məclisdə 66 deputatı var. Beş mandat isə boşdur". 

"YAP-ı təmsil edən 66 deputatdan neçə nəfərinin yenidən namizədliyinin irəli sürüləcək" sualına S.Novruzov belə cavab verib: "Bunu deyə bilmərəm. Çünki bu, İdarə Heyətinin səlahiyyətinə daxildir. İdarə Heyəti müvafiq qərar qəbul edəcək ki, hansı dairədən kimlər yenidən namizəd olsun və ya kimlər getsin". 
Qeyd edək ki, bu ilki parlament seçkisi noyabrın 1-də keçiriləcək.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol