• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov: Bu, Azərbaycan-ABŞ münasibətlərinin ruhuna uyğun deyil

Məmmədyarov: Bu, Azərbaycan-ABŞ münasibətlərinin ruhuna uyğun deyil
18.09.2015 16:59
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Evelin Farkas Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. 

O, ABŞ-ın terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatlar üzrə strateji maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü və qeyd olunan sahələrdə iki ölkənin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib. Əfqanıstan əməliyyatının həyata keçirilməsi üçün Azərbaycanın yaratdığı tranzit imkanlarının və hava məkanından istifadənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyən Evelin Farkas bu töhfələrə görə Azərbaycana təşəkkürünü ifadə edib.

Elmar Məmmədyarov terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini nəzərə çatdırıb. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına yardım etdiyini və ölkəmizin sülhməramlı qüvvələrinin Əfqanıstanda uğurla xidmət etdiklərini nəzərə çatdırıb.

Azərbaycan ilə ABŞ arasında əlaqələrə toxunan nazir Elmar Məmmədyarov ABŞ-da bəzi dairələr tərəfindən Azərbaycana aid məsələləri ictimai müzakirə obyektinə çevirməsinin və Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasında strateji xarakter daşıdığı qeyd olunan münasibətlərin ruhuna uyğun olmadığını deyib. O əlavə edib ki, enerji, terrorizmə qarşı mübarizə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır. 

Regional məsələlər haqqında danışan nazir Elmar Məmmədyarov ölkəmizin müstəqilliyi, sabitliyi və təhlükəsizliyinin qorunması və uğurlu inkişafının davam etdirilməsinin qarşıda duran ən mühüm vəzifə olduğunu bildirdi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən ilə Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol