• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: "Regiondakı hadisələrə Qərbin sərin reaksiyası bizi narahat edir"

Səfir: "Regiondakı hadisələrə Qərbin sərin reaksiyası bizi narahat edir"
14.10.2015 12:58
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Yuta universitetində çıxış edib

Regionda sülhün qorunmasında Azərbaycan Amerikanın rolunu yüksək qiymətləndirir.

"Report" "The Salt Lake Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Amerikanın dünyadakı rolu" mövzusunda Yuta universitetində baş tutan konfransda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib.

Səfir Azərbaycandan Türkiyəyə neft kəmərinin tikintisini, eləcə də Amerika Birləşmiş Ştatlarının bu boru kəmərinin inşasına dəstək verdiyini də xatırladıb.

E.Süleymanov öz çıxışında, həmçinin regionda baş verən hadisələrə də toxunaraq Rusiyanın Ukraynadakı hərəkətləri, Krımın işğalı və Xəzəryanı ölkələr arasında Xəzər dənizinin hərbi məqsədlər üçün istifadə edilməməsi ilə bağlı razılığın olmasına baxmayaraq, Rusiyanın buradan Suriya ərazisindəki hədəflərə raket zərbələrinin endirilməsi məsələlərinə də diqqət çəkib.

Bu baxımdan, səfir Rusiyanın regiondakı bu hərəkətlərinə Qərbin sərin reaksiyası ilə bağlı narahatlığını bildirib. "Bu, Qərbin burada baş verən hadisələrdə iştirak etməmək niyyətini göstərir. Bunu insanlar hiss edirlər", - səfir deyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol