• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirimiz “Tbilisi şəhərinin fəxri vətəndaşı” adına layiq görüldü

Səfirimiz “Tbilisi şəhərinin fəxri vətəndaşı” adına layiq görüldü
17.10.2015 12:47
Oktyabrın 16-da Gürcüstanda ənənəvi olaraq hər il keçirilən "Tbilisoba” bayramının rəsmi açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, ölkəmizin xalq artisti, tanınmış bəstəkar və müğənni Polad Bülbüloğluna "Tbilisi şəhərinin fəxri vətəndaşı” adı təqdim olunub.

Tbilisi şəhərinin meri David Narmaniya fəxri adın diplomunu və şəhərin rəmzi açarını Polad Bülbüloğluna təqdim edib.
Mer səfiri təbrik edib, ona diplomatik fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıb.

Polad Bülbüloğlu belə yüksək ada layiq görüldüyünə görə Gürcüstanın dövlət və hökumət rəhbərlərinə minnətdarlığını bildirib.

"Tbilisi şəhərinin fəxri vətəndaşı” adı hər il bu ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən vətəndaşlarına verilir. Bu il ilk dəfə bu fəxri ada başqa ölkənin – Azərbaycan vətəndaşı Polad Bülbüloğlu layiq görülüb. Bu fəxri ad Polad Bülbüloğluna Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə verilib.
Mərasimdə Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və digər şəxslər iştirak ediblər.

"Tbilisoba” bayramı ənənəvi olaraq Gürcüstanda hər il keçirilir. Gürcüstanın müxtəlif bölgələrindən elm, incəsənət, mədəniyyət, səhiyyə sahəsində çalışan şəxslər, kənd təsərrüfatının inkişafında fərqlənən fermer və fərdi torpaq mülkiyyətçiləri paytaxta dəvət olunurlar.

İki gün davam edəcək bayram tədbirləri çərçivəsində paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkası, bayram şənlikləri, atəşfəşanlıq təşkil olunacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol