• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Amsterdam Universitetinin rəhbərliyinə etiraz

Azərbaycandan Amsterdam Universitetinin rəhbərliyinə etiraz
03.11.2015 17:28
Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtında yerləşən Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu ölkədəki erməni diasporu noyabrın 7-də adıçəkilən universitetdə "Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş "Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin "millət vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırır. 

Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq "Dağlıq Qarabağ Respublikası”nın Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğalı nəticəsində Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb.

Bildirilib ki, "respublika”nın yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insanlar öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub. 

Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam Azad Universitetində çıxışını Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğurduğunu bildiriblər.

Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərbaycan diaspor nümayəndələri ümid edirlər ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq, işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol