• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə saytında Azərbaycana qarşı hörmətsizlik - FOTO

Türkiyə saytında Azərbaycana qarşı hörmətsizlik - FOTO
08.02.2016 14:37
Türkiyənin məşhur saytlarından birində Azərbaycana qarşı hörmətsizlik edilib. 

ANN.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, Türkiyənin "Sabah” qəzetinin saytı Dünya Turizm Forumu çərcivəsində keçirilən "nazirlər toplantısı” haqqında məqalə hazırlayıb. 

Məqalənin fotosunda Azərbaycanın, Makedoniyanın, Qana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbayacanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. 

Bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olub. 

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlanılıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov ANS PRESS-ə açıqlamasında fotonun montaj olduğunu deyib.

"Forumda nazirlərin fonunda belə bir şəkil olmayıb. Bu, sonradan fotoşopla hazırlanıb. Bununla bağlı mütləq tədbir görülməlidir”, - deyə qurum rəsmisi vurğulayıb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də məsələdən xəbərdar olduğunu və bu barədə səfirliyə məlumat verildiyini qeyd edib. 

Turizmin Davosu adlandırılan Dünya Turizm Forumu 2016-cı il fevralın 4-də İstanbulda keçirilib. Forumda Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Makedoniyanın Dövlət naziri Furkan Çako, Qananın mədəniyyət və turizm naziri Elizabet Ofosu Agyare və Türkiyənin turizm naziri Mahir Ünal iştirak edib. 

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib. Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da bildirib.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol