• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistan təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirmək məqsədi güdür

XİN: Ermənistan təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirmək məqsədi güdür
11.03.2016 19:14
"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi 10-11 mart tarixlərində cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə təxribat-diversiya əməliyyatının törədilməsinə cəhd göstərilib. Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır".
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
 
O qeyd edib ki, Ermənistan qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin kütləvi şəkildə yaşadığını bildiyi halda, məsuliyyətsiz şəkildə, qəsdən ağır atəş vasitələri ilə mülki şəxslər və onların mülkiyyətini hədəfə alır: "Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirmək, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan "status-kvo”nu saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədi güdür. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə səbəb olan əsas amildir”. 
 
H. Hacıyev bildirib ki, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. "Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər cəbhədə yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə rəsmi İrəvanın üzərinə düşür”, - deyə o vurğulayıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol