• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Havay ştatının “DQR”in müstəqilliyini tanımasına münasibət bildirdi

XİN Havay ştatının “DQR”in müstəqilliyini tanımasına münasibət bildirdi
30.03.2016 14:10
Azərbaycan XİN ABŞ-ın Havay ştatının qondarma "DQR”in müstəqilliyini tanımasına münasibət bildirib

"Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ABŞ-ın Havay ştatının qondarma "DQR”in müstəqilliyini tanımasına münasibət bildirərkən deyib.  
 
”Xatırlatmaq istərdim ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının Senatının gündəliyinə salmağa çalışsa da, uğursuzluqla üzləşib. Belə ki, ştat Senatı gündəliyə gətirilməsinə cəhd edilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb. Bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ-ın erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının Nümayəndələr Palatasına üz tutub”, - deyə o vurğulayıb.  
 
H. Hacıyev qeyd edib ki, bütün bunların bir daha Ermənistanın danışıqlar prosesində iştirakının yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığına dəlalət edir: "Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol