• $
  • €
  • ₽
  • ₺
  • £

Malena Mard: “Biz çalışacağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”

Malena Mard: “Biz çalışacağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”
28.04.2016 13:36
"Avropa İttifaqı bütün münaqişələrin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Münaqişələrdə insanların qurbana çevrilməsi böyük faciədir”.
 
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə istinadən Dağlıq Qarabağda hazırkı status-kvonun tərəflər üçün əlverişli olmadığını və daimi xarakter daşımadığını söyləyib: "Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. ATƏT-in Minsk Qrupunun da səylərini dəstəkləyirik. Avropa İttifaqının prioritetlərindən biri də ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun işinə dəstək olaq”.
 
M. Mard əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu oynayır: "Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanda səfərdə olub. O, Ermənistana da səfər edəcək. Avropa İttifaqı yenə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün vasitələrə əl atacaq. Avropa Parlamentində xanım Mogerininin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu, bir daha göstərir ki, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həllində Minsk Qrupu həmsədrlərinin səylərinə dəstək verir”.
 
M. Mard qeyd edib ki, atəşkəsin pozulmaması çox vacibdir: "Biz çalışacağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol