• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşar Aydəmirov: “İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”

Yaşar Aydəmirov: “İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”
03.05.2016 12:52
"Aprelin əvvəllərində Ermənistanın Azərbaycana növbəti təcavüzünün qarşısı Silahlı Qüvvələrimizin şəxsi heyətinin igidliyi və rəşadəti hesabına alındı. Azərbaycan əsgəri 20 ildən artıq işğal altında olan torpaqların bir qismini azad edərək yeni yürüşlər üçün strateji baxımdan əlverişli platsdarm əldə etdi".
 
Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
 
Y. Aydəmirov bildirib ki, qısamüddətli döyüşlərin təhlilini aparan ekspertlər də Azərbaycanın müdafiə və hərbi potensialının bu illərdə nə qədər artdığının, düşməndən üstün olduğunun şahidi olduqlarını bildirirlər: "Bir məqamı xüsusilə vurğulamaq lazımdır. Düşmən üçün gözlənilməz olan  Ordumuzun silahlanmasındakı müasir, ən yeni nəsil döyüş texnikası, silah-sursat və digər hərbi təyinatlı vasitələrin olmasıdır".
 
Y. Aydəmirov vurğulayıb ki, Rusiya, Türkiyə, İsrail, İran və digər yaxın və dost dövlətlərlə son illərdə həyata keçirilən hərbi-texniki əməkdaşlıq öz bəhrəsini verib: "Bu ölkələr sırasında xüsusilə iranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir".
 
General-leytenant xatırladıb ki, I Qarabağ savaşında olduğu kimi, bu gün də İran dövləti bizi həm siyasi, həm də hərbi baxımdan dəstəkləyir: "Bu dəstək ölkələrimiz və xalqlarımız arasında mövcud dini, milli, tarixi və mədəni köklərə əsaslanır. Yadımdadır, hələ 90-cı illərin əvvəllərində Ermənistanın açıq-aydın təcavüzü ilə üzləşərkən iranlı qardaşlarımızın həm hərbi mütəxəssisləri, həm könüllüləri bizimlə çiyin-çiyinə düşmənə qarşı eyni səngərdə döyüşürdülər. Onda hələ dövlətimiz yeni-yeni qurulur, maliyyə çətinlikləri ilə üzləşir və iqtisadi cəhətdən də güclü deyildi".
 
Aydəmirov bildirib ki, hazırda Azərbaycanla İran arasında hərbi, hərbi-texniki, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq həyata keçirilir: "Qarşılıqlı əsasda yüksək səviyyəli, eləcə də mütəxəssislərin iştirakı ilə müxtəlif görüşlər, həmçinin İranın müdafiə sənayesi kompleksi ilə tanışlıq səfərləri təşkil olunur və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilir".
 
"Heç də sirr deyil ki, İrandan əldə edilən 122 millimetrlik D-30A haubitsaları, 107 millimetrlik yaylım atəşli reaktiv sistemləri (YARS), 60 millimetrlik minaatanlar, eləcə də külli miqdarda sursatlar, hərbi təyinatlı digər vasitələr aprel ayının əvvəllərində Ermənistanın təcavüzünə qarşı həyata keçirilən əks-həmlə əməliyyatı zamanı uğurla tətbiq olundu. Döyüşlərdə iştirak edən silahdaşlarımla apardığım söhbətlər zamanı həmin silahların düşmənə dağıdıcı zərdə endirməsi baxımından nə dərəcədə yüksək effektli olması bir daha öz təsdiqini tapdı", - deyə Aydəmirov vurğulayıb.
 
General-leytenant İranın bundan sonra da daim azərbaycanlı din qardaşlarının yanında olacağına, ölkəmizin haqq işi uğrunda apardığı mübarizədə xalqımıza dəstək verəcəyinə əminliyini ifadə edib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol