• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qarşı tərəfi vahiməyə salan silahların istehsalına başlayır

Azərbaycan qarşı tərəfi vahiməyə salan silahların istehsalına başlayır
08.05.2016 17:00
"Azərbaycan iri hərbi texnikaların idxalı ilə yanaşı artıq ölkədə geniş istehsalını da planlaşdırır. Aprel döyüşlərindən sonra Ermənistan ordusunu vahiməyə salan hədəfi vurmaq gücündə olan pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanda istehsalına başlanılacaq”. Bu fikirləri ANS-ə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, yaxın üç ay ərzində "Zərbə” adlı yeni nəsil PUA-nın sınaqlarına start  veriləcək: "Azərbaycan artıq müxtəlif mənzilli raket texnologiyalarının istehsalına da başlayacaq. Bütün silah-sursatın istehsalı üçün ölkəmizdə zavodun açılması planlaşdırılır”.

"Bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq".


"Artıq biz iyun yaxud iyul ayının sonlarına həmin zavodun açılışını planlaşdırırıq. İyul ayının axırından sonra da Azərbaycan Silahlı Qüvvələrində olan bütün artilleriya və tanklar üçün döyüş sursatları istehsal olunacaq. 100, 122, 130, 152 və 155 millimetrlik bütün döyüş sursatları da ölkəmizdə istehsal ediləcək. Bu da, bizim bütün silahlanmada olan altilleriya və tankların tam şəkildə döyüş sursatları ilə təminatına şərait yaradacaq.  


Yavər Camalov müxtəlif mənzilli raket texnologiyalarının da ölkəmizdə istehsalının planlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, qarşıya qoyulan əsas tapşırıqlardan biri müxtəlif mənzilli idarəolunan raketlərin texnologiyasının Azərbaycana gətirilməsi və onların burada istehsalıdır:
 
""Yer-yer, hava-yer və hava-hava”. Bu istiqamətdə elmi tədqiqat instutu işləyir. Bundan başqa həmin texnologiyanın Azərbaycana gətirilməsi istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Türkiyənin "Raketsan” şirkəti ilə bu istiqamətdə danışıqlar aparılır. Cənubi Afrikanın müvafiq şirkəti ilə də danışıqlar davam etdirilir. Bundan başqa Malaziyada yerləşən Braziliyaşirkətlərindən biri də razılıq verdi ki, onlar bu texnologiyanı Azərbaycana ötürməyə hazırdırlar”.








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol