• $
  • €
  • ₽
  • ₺
  • £

Malena Mard: Prezidentlərin Vyana görüşündəki qərarları dəstəkləyirik

Malena Mard: Prezidentlərin Vyana görüşündəki qərarları dəstəkləyirik
18.05.2016 17:11
"Münaqişənin hərbi yolla həlli yoxdur”.

Çox müsbət haldır ki, Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşüblər.

Oxu.Az-ın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, həmsədrlərin bu görüşü təşkil edə bilməsi çox yaxşı hadisədir.

"Biz müxtəlif tədbirlərin görülməsi, insidentlərin araşdırılması mexanizminin işə salınması, hərtərəfli sülh danışıqları üçün yol xəritəsinin planlaşdırılması və ikinci görüşün tez bir zamanda müəyyənləşdirilməsi ilə bağlı qərarı dəstəkləyirik. 

Bu görüş pozitivdir. Çünki belə bir əminlik var ki, status-kvo dayanıqlı deyil. Münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə prezidentlərin və həmsədrlərin əsas rol oynadığı sülh danışıqları əsasında həll olunmalıdır”, - deyə M.Mard qeyd edib.

Səfir Vyanada Aİ-nin ali nümayəndəsi Federika Mogerininin də prezidentlərlə görüşdüyünü xatırladıb.

"Federika Mogerini fevralın sonunda Azərbaycanda olub. O bildirib ki, özü şəxsən bu məsələyə aktiv şəkildə cəlb olunmaq və hərtərəfli sülh razılaşmasının əldə edilməsi istiqamətində ATƏT-in Minsk Qrupunun tərəfdaşı olmaq istəyir”, - M.Mard bildirib.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol